25 Aprel 01:55
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılan kosmosda nüvə silahının yerləşdirilməsinin qadağan olunması haqqında qətnaməyə veto qoyub.

Teleqraf.com xəbər verir ki, bu addım sözügedən qurumun rəsmi Moskvanın sənədə düzəliş olunması təklifini qəbul etməməsi ilə əsaslandırılıb.

Bir qədər əvvəl Təhlükəsizlik Şurası Rusiya tərəfinin sənədə təklif olunan düzəlişini qəbul etməyib.

Qeyd edək ki, Rusiya sözü gedən sənədə "Kosmosda istənilən növ silahın yerləşdirilməsi qadağan olunmalı, bu silahlardan kosmik obyektlərə qarşı istifadə edilməməlidir" məzmununda düzəliş təklifini irəli sürüb.

Adı çəkilən ölkənin Xarici İşlər Nazirliyindən bildirilib ki, ABŞ və Yaponiyanın təklif etdiyi qətnamənin mətni qəbuledilməzdir:

"Bu səbəbdən də yaxın vaxtlarda biz BMT-nin Təhlükəsizlik Şurasına həmin sənədin yeni variantını təqdim edəcəyik", - Rusiya XİN-in bəyanatında deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər