18 May 08:28
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada iki radikal islamçı koordinasiyalı terror aktları hazırlamaqda şübhəli bilinərək saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə RTL radiosu Milli Antiterror Prokurorluğuna (PNAT) istinadən məlumat verib.

Saxlanılanlar biri ölkənin şərqindəki Qrand Est bölgəsindən, digəri isə qərbdəki Oksitaniyadan olan 18 və 15 yaşlı iki gəncdir.

Daxili Təhlükəsizlik Baş Müdirliyinə (DGSI, daxili kəşfiyyat) görə, onlar bir neçə həftədir ki, hücumların eyni vaxtda müxtəlif yerlərdə həyata keçirilməsi ilə bağlı internet üzərindən hazırlıqlar müzakirə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər