22 May 12:10
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan hökuməti internet vasitəsilə seksual xidmətlərin təşkilinə görə cinayət məsuliyyəti tətbiq etməyi, həmçinin normaların yaradılmasında “fahişəlik” anlayışından istifadə etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, qanunvericiliyə müvafiq dəyişiklikləri ölkə parlamentinin Milli Məclisi (aşağı palata) təsdiqləyib.

Deputatlar Qazaxıstanda “İnsan alverinə qarşı mübarizə haqqında” qanunu əlavə və dəyişikliklərlə ikinci oxunuşda qəbul ediblər. Sənəddə fahişəlik anlayışı - cinsi əlaqə və ya digər şəxsin hansısa yollarla başqa şəxsin cinsi ehtiyaclarını ödəmək üçün sosial şəbəkələr və internetdən istifadə etməklə seksual xarakterli xidmətlərin ödənişli göstərilməsi nəzərdə tutulur.

Fahişəliyin tərifinin təklif olunan variantı fahişəliyin belə növləri, o cümlədən yetkinlik yaşına çatmayanların qanunsuz cəlb edilməsi ilə məşğul olanları əhatə etməyə və gələcəkdə təşkilatçıları Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məsuliyyətə cəlb etməyə imkan verəcək. Bundan əlavə, insan alveri qurbanlarının hüquqları, yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi və bu sahədə beynəlxalq əməkdaşlığın prinsipləri müəyyən edilir.

Əlavə edilən dəyişikliklər məcəlləyə cinayətlərin yeni kateqoriyasını - insan alveri ilə bağlı cinayətləri daxil edir. “İnsan istismarı” anlayışı məcburetmə üsullarının genişləndirilməsi baxımından beynəlxalq konvensiyalara uyğunlaşdırılır. Bundan başqa, yeni qanun insan alveri ilə bağlı cinayətlərin tərəfləri arasında barışıq imkanlarını istisna edir.

Qanun Milli Məclisdə qəbul edildikdən sonra baxılmaq üçün parlamentin yuxarı palatası olan Senata göndəriləcək.


Müəllif: Teleqraf.com