22 May 23:18
323
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqon Ukraynada döyüşlər dayandırılana qədər amerikalı hərbi təlimatçıları adıçəkilən əraziyə göndərmək niyyətində deyil.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun Vaşinqton Atlantika Şurasında çıxış edərkən deyib.

“Düşünmürəm ki, bu, Ukrayna ərazisi aktiv müharibə zonası olduğu müddətdə edilsin. Ancaq 2022-ci ilin fevralına qədər ABŞ Ukrayna ilə sıx əlaqədə idi”, - Braun vurğulayıb.


Müəllif: Teleqraf.com