23 May 12:22
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) ölkələri, eləcə də ABŞ öz milli maraqlarını daha yaxşı qorumaq üçün de-oliqarxizasiyaya ehtiyac duyurlar.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Ümid edirəm ki, komandamız buna optimist baxır, ilk növbədə AB de-oliqarxizasiyanı həyata keçirəcək. ABŞ də de-oliqarxizasiyaya nail ola bilər, bu durumda öz milli maraqlarını daha etibarlı şəkildə qoruya biləcək. Yəni bu həm ABŞ, həm ayrı-ayrı AB ölkələri, həm də bütün AB-nin maraqlarıdır”, - Kobaxidze qeyd edib.

Baş nazirin sözlərinə görə, bu gün ölkələrin böyük problemləri suverenliklərinin təzyiq altında olmaları ilə bağlıdır.

“Ümid edirik və nikbinlik üçün əsaslarımız var ki, yaxın illərdə Avropa Birliyi bu zərərli təcrübədən qurtula biləcək, AB və ABŞ-nin de-oliqarxizasiyası baş verəcək”, - Kobaxidze əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər