25 May 00:18
2 682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarşıdan gələn erkən parlament seçkilərində qalib gəlsək, Fələstini dövlət kimi tanıyacağıq.

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniyanın ana müxalifətdəki Leyboristlər Partiyasının sədri Keyr Starmer deyib.

“Seçkilərdə qalib gələcəyimiz təqdirdə Fələstini bir dövlət kimi tanımaq istəyirik. Amma sülh prosesində belə bir addımın doğru zamanda atılması lazımdır”, - partiya lideri bildirib.

Norveç, İrlandiya və İspaniya bundan əvvəl mayın 28-də Fələstini rəsmən dövlət kimi tanıyacaqlarını açıqlayıb. İsrail buna reaksiya olaraq hər üç ölkədəki səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

Britaniya Baş naziri Rişi Sunak mayın 22-də erkən seçki elan edib. Seçki iyulun 4-də keçiriləcək. Bundan sonra Britaniyada partiyalar seçki kampaniyalarına başlayıblar. Rəy sorğularına görə, hakim Mühafizəkarlar Partiyası Leyboristlərdən təxminən 20 faiz geri qalır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər