4 İyun 18:44
406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzzanın Tel əl-Hava bölgələsində 14 fələstinlinin cəsədi tapılıb.

Teleqraf.com "TRT haber"ə istinadən xəbər verir ki, ərazidən geri çəkilən İsrail ordusundan sonra cəsədlər dağıntılar altından tapılıb.

Bildirilir ki, cəsədlər bölgədən çıxmaq istəyən, amma bunu bacarmayan fələstinlilərə aiddir. Şahidlərin sözlərinə görə, 2 gün atışmaların davam etdiyi bölgəyə tibb işçiləri və mülki müdafiə qrupları daxil ola bilməyib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 328-i uşaq, 10 min 171-i qadın olmaqla 36 min 550 fələstinli həlak olub, 82 min 959 nəfər yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilsə də, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastrukturməhv edilir.


Müəllif: Arzu

Oxşar xəbərlər