9 İyun 10:51
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kahramanmaraş şəhərində 4,3 maqnitudalı (Mw) zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib.

Qurumun verilənlərinə əsasən, yerli vaxtla saat 06:31-də (Bakı vaxtı ilə 07:31-də) qeydə alınmış zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Göksun rayonunda olub.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da sözügedən şəhərin Pazarcık və Əlbistan rayonlarında baş vermiş güclü zəlzələlər nəticəsində 53 mindən çox insan həlak olub. Yeraltı təkanların gücündən təsirlənən Suriyada isə ölənlərin sayı 8 mini ötüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər