Konqo Demokratik Respublikasında batmış qayıqda ən azı 80 sərnişin həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Konqo Prezidenti Feliks Tşisekedi açıqlama verib.
Bildirilir ki, Konqoda Mai-Ndombe əyalətində batan qayıqda olan 271 sərnişindən azə 80 nəfəri ölüb.
Qeyd edək ki, Kva çayı ilə Muşie şəhərindən Lebida şəhərinə hərəkət edən qayıq mühərrikində yaranan nasazlıq səbəbindən sahilə çırpılıb və batıb. Təxminən 100 nəfər xilas edilib, itkin düşən 86 nəfərin isə axtarışları davam etdirilir.