13 İyun 13:37
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleaparıcı Tatyana Lazareva Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaq ittihamı ilə axtarışa verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Axtarışın hansı maddə ilə aparıldığı açıqlanmır.

“Lazareva Tatyana Yuriyevna Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışa verilib”, - açıqlamada deyilir.

Hüquq-mühafizə orqanlarından TASS-a verilən məlumata görə, Lazareva Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaq maddəsi ilə axtarışdadır.

Ədliyyə Nazirliyi Lazarevanı 2022-ci il iyulun 22-də xarici agentlər siyahısına daxil edib. Bu siyahıya onun əri, teleaparıcı Mixail Şats da daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər