14 İyun 01:16
366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kosovoda bələdiyyə küçə itlərinə sahib çıxanlaya aylıq ödəniş etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, 4 mindən çox sahibsiz itin yaşadığı Priştina şəhərində “hər itə bir ev” kampaniyasına başlanılıb.

Bələdiyyənin qərarına əsasən küçə itinə sahiblənənlərə ayda 50 avro ödəniş ediləcək.

Bələdiyyədən bildirilib ki, məqsəd küçə itlərinə qarşı zorakılığı aradan qaldırmaq və onlara sahib çıxacaq şəxslərə dəstək olmaqdır.


Müəllif: Arzu

Oxşar xəbərlər