Havaların isti keçməsi səbəbindən ölənlərin sayı artır.
Teleqraf.com xəbər verir ki, Meksikanın Verakruz, Tabasko, Tamaulipas, Nuevo Leon və San Luis Potosi ştatlarında havanın temperaturu 45 dərəcəni keçib.
Ölkə üzrə ilin əvvəlindən bu yana 125 nəfər həddindən artıq istilərdən dünyasını dəyişib. Ölənlənlərin əksəriyyəti Verakruzdandır.
Son 5 gündə yüksək temperatur səbəbiylə 35 nəfərin həyatını itirdiyi ölkədə qızmar istilərin bir müddət də davam edəcəyi gözlənilir.
Rekord temperaturların yaşandığı Aşağı Kaliforniya və Sonora ştatlarında termometrlərin 4 gün ərzində 45 dərəcədən yuxarı göstərəcəyi təxmin edilir.
Günvurma ilə bağlı xəstəxanalara təxminən 2308 nəfərin müraciət etdiyi mətbuatda paylaşılıb.