15 İyun 16:50
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı təklifləri ciddi deyil, nəticə verə bilməz.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolz deyib.

“Hamı bilir ki, bu təklif ciddi deyil, İsveçrədəki sülh konfransı ilə bağlıdır. Bu təklif işləyə bilməz.”, - kansler vurğulayıb.

Şolzun sözlərinə görə, Ukrayna üçün sülh ədalətli və dürüst olmalıdır.

Bundan əvvəl Putin münaqişənin həlli ilə bağlı Krım, Donetsk, Luqansk, Zaporoje və Xerson vilayətlərinin “Rusiya ərazisi” statusunda tanınması, Ukraynanın NATO-ya üzvlükdən imtinası və digər şərtləri ehtiva edən sülh təklifləri ilə çıxış edib. Rəsmi Kiyev bunu rədd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər