17 İyun 11:34
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanlar gələcəkdə telefonlardan istifadəni dayandıracaq, onları Neuralink beyin implantları əvəz edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə amerikalı iş adamı milyarder İlon Mask X sosial şəbəkəsində bildirib.

“X tərəfindən hazırlanmış yeni telefonu ağlınızla idarə etmək üçün beyninizdə Neuralink interfeysi tətbiq etmək istərdinizmi?” sualına Mask belə cavab verib: "Gələcəkdə ChatGPT-ni yaradan OpenAI texnologiya şirkəti və ya Meta korporasiyasının inkişaflarından istifadə etməkdənsə, X şirkətinin çipindən istifadə etməyə üstünlük verəcəm".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər