20 İyun 16:21
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan Cəmmu və Kəşmiri mübahisəli ərazi kimi tanımalıdır, qərar BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq veriləcək.

Teleqraf.com xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluc deyib.

“Cəmmu və Kəşmir beynəlxalq səviyyədə tanınmış mübahisəli ərazidir. Regionun mülkiyyəti ilə bağlı mübahisə 70 ildən artıqdır BMT Təhlükəsizlik Şurasının gündəliyindədir. Problem BMT-nin himayəsi altında azad və qərəzsiz xalq səsverməsi ilə ifadə ediləcək xalqın iradəsinə uyğun olaraq, beynəlxalq təşkilatın bu qurumunun qərarları çərçivəsində həll olunacaq”, - pakistanlı diplomat vurğulayıb.

Zəhra Bəluc əlavə edib ki, Pakistan Baş naziri Şahbaz Şərif və çinli həmkarı Li Qian arasında iyunun 8-də Pekində keçirilən danışıqların yekunlarına dair qəbul edilmiş birgə bəyanatda ifadə olunmuş Cəmmu-Kəşmir mübahisənin dinc yolla həlli ilə bağlı yanaşmaya Dehlinin tənqidini rədd edir.

Hindistan XİN bundan əvvəl Pakistan-Çin bəyanatında Cəmmu və Kəşmirə istinad edilməsini “əsassız” və hər iki bölgəni “Hindistan ərazisi” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər