21 İyun 21:57
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin və Çin Baş naziri Li Qian bu həftə Cənub-Şərqi Asiyada görüşlər keçirib, nəticədə regionun bir neçə ölkəsi Qərbin rəhbərlik etdiyi qurumlara qarşı dayaq kimi görülən BRİKS-ə qoşulmaq niyyətlərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq”in məqaləsində deyilir.

Baş nazir Ənvər İbrahim Linin Malayziyaya səfərindən əvvəl Çin mətbuatına verdiyi müsahibədə bloka daxil olmaq üçün müraciət etmək niyyətində olduğunu bildirib. ABŞ-nin müqavilə üzrə müttəfiqi olan Tayland da keçən ay BRİKS-ə üzv olmaq arzusunu açıqlamışdı.

“ABŞ və Çin arasında artan rəqabətlə bağlı iqtisadi riskləri azaltmağa çalışan ölkələr üçün BRİKS-ə qoşulmaq bu ziddiyyətlərin bəzilərini aradan qaldırmaq cəhdidir”, - məqalədə qeyd olunur.

Mənbə Cənub-Şərqi Asiyanın bir çox ölkəsinin iqtisadi cəhətdən Çindən asılı olduğunu da yazıb.

“Blumberq” qeyd edir ki, BRİKS-ə üzvlük həm də ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq nizam və Qərb dövlətlərinin nəzarəti altında olan əsas qurumlara qarşı artan məyusluğunu ifadə etmək üçün bir yoldur.

Uzun illər cəmi 5 üzvdən ibarət olan birlik bu ilin yanvar ayında İran, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya və Misiri də əhatə etməklə genişlənib. Bu, əsasən dünya səhnəsində öz təsirini gücləndirməyə çalışan Çinin təşəbbüsü ilə həyata keçirilib.

“Bununla belə, yeni üzvlərin əlavə edilməsi məsələsi də var. ABŞ və Avropanın ölkələrin Moskva ilə münasibət qurmasına mane olmaq cəhdlərinə baxmayaraq, BRİKS-in bu ay Rusiyada keçirilən sammitində bura daxil olmayan 12 ölkənin nümayəndəsi iştirak edib. Onların arasında ABŞ-nin Kuba və Venesuela kimi köhnə düşmənləri də vardı, eləcə də Türkiyə, Laos, Banqladeş, Şri-Lanka və Qazaxıstan”, - agentlik yazır.

Türkiyə xarici işlər naziri Hakan Fidan sammitdən öncə ölkəsinin BRİKS-ə qoşulmaq istədiyini açıqlamışdı.

Bundan başqa, ötən il Vaşinqtonla münasibətləri yaxşılaşdıran Vyetnam da BRİKS-in sammitinə qatılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər