08:13
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda "Hizbullah"ın raket bölməsinin komandiri Məhəmməd Əli İsmayılı məhv edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail Ordusu özünün Telegram kanalında məlumat yayıb.

Məlumatda komandirlərdən birinin müavini Hüseyn Əhməd İsmayılın da sıradan çıxarıldığı qeyd edilib.

“İsrail Müdafiə Qüvvələri "Hizbullah" terror təşkilatına qarşı fəaliyyətini davam etdirəcək və yüksək rütbəli "Hizbullah" terrorçularını məhv edəcək”, - İsrail ordusundan bildirilib.


Müəllif: Arzu

Oxşar xəbərlər