27 İyun 01:19
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boliviyanın faktiki paytaxtı La-Pas şəhərində hərbçilər hökumət binasının qarşısındakı meydanı zəbt ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə "El Deber" qəzeti məlumat yayıb.

Boliviya prezidenti Luis Arse hərbçilərə çağırış edib: “Biz Boliviya ordusunun bəzi hissələrinin qəribə hərəkətləri barədə məlumat veririk. Demokratiyaya hörmət edilməlidir”.

Qeyd edilir ki, Boliviya ordusunun bölmələri zorla hökumət və parlament binalarına daxil olublar. Artıq hər iki binada olan işçilər təxliyə edilib.

Bundan başqa, ordu komandanı vəzifəsindən uzaqlaşdırılan boliviyalı general Xuan Xose Zuniqa “vətənini geri qaytarmaq” niyyətində olduğunu bildirib.

Boliviya hökuməti isə dövlət çevrilişinə cəhd xəbərləri fonunda beynəlxalq ictimaiyyəti ölkənin qanuni hakimiyyətinə dəstək verməyə çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər