2 İyul 19:50
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Ukrayna Hərbi Hava Qüvvələrinin bir gündə doqquz təyyarəsini vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi öz hesabatında bildirib.

Məlumata görə, Rusiya Silahlı Qüvvələri "İskəndər-M" operativ taktiki raketlərlə Poltava vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus aerodroma zərbələr endiriblər.

Rusiya Müdafiə Nazirliyi hücumun görüntülərini nümayiş etdirib.

Qeyd edək ki, Rusiya hərbi qurumu səhər saatlarında "İskəndər"lərin Mirqorod aerodromunda "Su-27" təyyarələrini məhv etdiyi barədə xəbər yaymışdı.


Müəllif: Teleqraf.com