5 İyul 01:28
360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Exit-poll Böyük Britanyada keçirilən seçkilərin nəticələrini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, nəticələrə görə, İşçi Partiyası 650 yerlik İcmalar Palatasında 410 deputatla iqtidara gəlib.

Əvvəlki seçkilərdə 365 deputatı olan hakim Mühafizəkarlar Partiyasının mandatlarının sayı 131-ə düşüb.

İfrat sağçı İslahat Böyük Britaniya Partiyası 13 yer, Liberal Demokrat Partiyası 61, Şotlandiya Milli Partiyası 10, Yaşıllar Partiyası 2 yer qazanıb.

Seçkilərin nəticələri ilə bağlı nəticələr səhər saatlarında açıqlanacaq.


Müəllif: Arzu