7 İyul 10:45
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 ildir qoz-fındıq sındırmaq üçün çəkic kimi istifadə edilən alətin Vyetnam müharibəsindən qalma qumbara olduğu üzə çıxıb.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Çinin Hubey əyalətində baş verib.

Belə ki, 90 yaşlı qadın 20 il əvvəl fermada işləyərkən maraqlı metal parça tapıb. Tapdığı metal parçanı çəkiclə səhv salan qadın onu gündəlik həyatında fındıq sındırmaq, mismar vurmaq kimi işlərdə istifadə edib.

Hadisədən isə evi sökməyə gələn ustalar xəbər tutub. Daha sonra qumbara yaşlı qadından alınıb.


Müəllif: Arzu

Oxşar xəbərlər