7 İyul 12:22
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müasir dünyada güc amilinin getdikcə əsas göstərici kimi tanınması Türk dövlətləri arasında olan dostluq və qardaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyini vacib şərt kimi önə çəkir. Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqaməti də məhz bu məqsədə xidmət edir. İyulun 6-da Şuşada keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü də Türk dünyasının daha da güclənməsi istiqamətində atılmış növbəti mühüm addım olacaq. Türk dünyasının birləşməsi bütün türkdilli xalqların gələcəyi üçün son dərəcə önəmlidir. Buna görə də Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr bu istiqamətdə böyük səylər göstərirlər. Təbii ki, Azərbaycan üzv olduğu bütün digər beynəlxalq təşkilatlarda olduğu kimi, Türk Dövlətləri Təşkilatında mühüm təşəbbüslərlə çıxış edir. Şuşada keçirilən qeyri-rəsmi Sammit də məhz bu təşəbbüslərdən biridir.”

Teleqraf.com xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında VI çağırış Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

K.Qafarov bildirib ki, Zirvə görüşündə çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə ciddi səylər göstərdiyini diqqət mərkəzinə çəkdi və qeyd etdi ki, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.” Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturunun nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığını qeyd etmiş və buna görə Azərbaycanın bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürdüyünü bildirmişdir. Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna kəsb edir. Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, 2023-cü il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır. 2020-ci il noyabrın 8-də məhz Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatdı. “

K.Qafarov vurğulayıb ki, noyabr ayının 8-i hər il Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. “Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı Sərəncama əsasən Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olundu. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Azərbaycan və Türkiyənin rəsmi müttəfiqliyinin əsasını qoyan Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır. Bu gün artıq 4 ilə yaxındır ki, Şuşa işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramı icra olunur, bu torpaqlara həyat qayıdır. Ötən dövr ərzində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentləri Ağdama və Füzuliyə səfər etmişlər. Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür” .


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər