7 İyul 15:10
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan region ölkələri ilə düşmənçilik edən dövlətləri Cənubi Qafqaza gətirməyə çalışır.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

Onun sözlərinə görə, Ermənistan ilk növbədə region dövlətləri ilə münasibətlərini dərinləşdirməlidir:

"Azərbaycan və Türkiyənin xeyli gücləndiyi və yaxınlaşdığını nəzərə alsaq, İran, Gürcüstan və Rusiyanın da yer aldığı regional formata ehtiyacımız var. Biz bunu 3+3 və ya Cənubi Qafqaz Konfransı da adlandıra bilərik. Bu çərçivədə bütün, həm də yeni təhlükəsizlik sisteminin formalaşdırılması məsələlərini həll etməyə çalışardıq. Amma Ermənistan bura başqa əlavələr etməyə çalışır. Yəni region region ölkələrinə, istər Rusiya, istər İran, istər Azərbaycan və Türkiyə, istərsə də Gürcüstana düşmən dövlətləri çağırdığına görə, Ermənistan qonşuları arasında tikanlı ölkəyə çevrilir".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər