7 İyul 08:13
1 735
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hamınızı təbrik edirəm. Bu gün burada bu nəticəni alsaq da, siz bizim çempionumuzsunuz. Sizinlə xoşbəxtik. Bunun gələcəyi var. Biz bu işi sona aparacağıq. Buna mən də inanıram. Bura qədər çox müvəffəqiyyətlə gəldiniz, 8-likdə qaldıq, amma bunun sonrası çempionluq olmalıdır"

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O Berlin Olimpiya Stadionunda oynanılan matçdan sonra Gənclər və İdman naziri Osman Aşkın Bak, Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi və UEFA İdarə Heyətinin üzvü Sərvet Yardımcı ilə birlikdə paltardəyişmə otağına gedərək milli futbol nümayəndələri ilə görüşüb

Ərdoğan futbolçuların əlini sıxaraq onları təbrik edib.

Baş məşqçi Vincenzo Montella prezident Ərdoğana təşəkkür edərək, "Belə bir ölkəni təmsil etməkdən qürur duyuruq. Gələcəyə baxacağıq" - deyə bildirib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər