Kiyev Ukraynanın sülh təkliflərini vasitəçilər vasitəsilə Rusiya Federasiyasına ötürə biləcək.
Teleqraf.com Strana.ua nəşrinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak etiraf edib.
O, taxıl müqaviləsi bağlanarkən oxşar sxemin işlədiyini vurğulayıb.
Podolyakın sözlərinə görə, Macarıstanın baş naziri Viktor Orban elə vasitəçi deyil. Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri vurğulayıb ki, kimsə “dərhal atəşkəs”in tərəfdarı olanda, bu, ölkənin vasitəçilik missiyasına hazır olmadığını göstərir.
İyulun 5-də Orban Moskvaya işgüzar səfərə gəlib. Onun mətbuat katibi Bertalan Havasinin sözlərinə görə, baş nazir Rusiya prezidenti ilə Ukraynadakı münaqişənin həlli yollarını müzakirə etmək niyyətindədir.