13 İyul 23:12
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Uttar Pradeş və Bihar ştatlarına düşən ildırım nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.

Çərşənbə və cümə axşamı günləri baş verən təbiət hadisələri zamanı Uttar Pradeşdə 43, Biharda isə 20 nəfər ildırım vurması nəticəsində həlak olub. Bihar əyalətində 40 nəfər yaralanıb.

Meteoroloqlar Hindistanın cənub-qərbində və şimal-şərqində güclü yağışın olacağı barədə xəbərdarlıq edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər