ABŞ-də “Microsoft Azure” bulud saxlama platformasındakı nasazlıqdan sonra 1617 reys ləğv edilib, 4180 reys isə təxirə salınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Bildirilir ki, ən çox Nyu-York və Çikaqo bölgələrindəki hava limanları zərər çəkib. Federal Aviasiya Administrasiyasının məlumatına görə, ən azı beş aviaşirkət - "Allegiant Air", "American", "Delta", "Spirit" və "United" - təyyarələrinin havaya qalxmayacağını açıqlayıb.
Bir neçə aviaşirkət problem həll olunana qədər yerüstü dayanacaqların təşkili üçün müraciət edib.