ABŞ-nin keçmiş prezidenti Donald Tramp Pensilvaniyada ona qarşı edilmiş sui-qəsd cəhdi ilə bağlı Federal Təhqiqat Bürosuna (FTB) ifadə verməyə razılaşıb.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir, Trampın nə vaxt dindiriləcəyi hələlik bəlli deyil.
Qeyd olunur ki, belə hallarda zərərçəkmişlərin ifadəsi standart prosedurdur, lakin qurumun zərərçəkmişi buna məcbur etmək hüququ yoxdur, söhbət könüllülük əsasında aparılır.
Xatırladaq ki, Trampa qarşı sui-qəsd cəhdi iyulun 13-də Pensilvaniyada seçki kampaniyası çərçivəsində onun seçicilər qarşısında çıxışı zamanı baş verib.