Amerikalı milyarder İlon Mask Venesuela prezidenti Nikolas Maduronun döyüşdə qalib gələcəyi təqdirdə onu Marsa pulsuz göndərəcəyinə söz verib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşımında qeyd edib.
İlon Mask paylaşımında döyüş haqda başqa şərtləri də qeyd edib:
“Maduro böyük adamdır və yəqin ki, necə döyüşəcəyini bilir, ona görə də maraqlı döyüş olacaq. Mən qalib gəlsəm, o, Venesuela diktatoru postunu tərk edəcək. Əgər o qalib gəlsə, onu pulsuz olaraq Marsa göndərəcəyəm”.