2 Avqust 15:20
336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiyanın Baş naziri Petteri Orpo hazırda Rusiya ilə sərhədin açılması imkanının olmadığını bildirib.

Teleqraf.com xəbər verir ki, Baş nazir bunu “İltalehti” qəzetinə müsahibəsində deyib. “Mən hələ də sərhədin açılmasının imkansız olduğunu hesab edirəm və buna şübhə ilə yanaşıram”, - deyə Petteri Orpo vurğulayıb.

Onun sözlərinə görə, Finlandiya əmin olmalıdır ki, Rusiya yalnız müvafiq sənədləri olan şəxslərin sərhədi keçməsinə nəzarət ediləcəyi əvvəlki model üzrə əməkdaşlığa hazırdır.

Helsinki Moskvanı qaçqınları qəsdən Finlandiya ilə sərhədə göndərməkdə dəfələrlə günahlandırıb. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə öz növbəsində ölkəsinin Avropa İttifaqında miqrasiya böhranında iştirakına dair ittihamları rədd edib və bunu Qərbin ikili standartları adlandırıb.

Finlandiya 2023-cü ilin noyabrında üçüncü ölkələrdən qaçqın axını fonunda sərhəd keçidlərində məhdudiyyətlər tətbiq edib. Rusiya ilə sərhəd isə Helsinkinin qərarı ilə növbəti bildirişə qədər bağlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər