İsrailə hücum edəcəyi təqdirdə ABŞ İranla bütün diplomatik əlaqələri kəsəcək.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken G7 xarici işlər nazirləri ilə söhbətində deyib.
O bildirib ki, İranın İsrailə gözlənilən hücumu apreldəki miqyasda olarsa, bu, Tehran və Vaşinqton arasında gələcək bütün qarşılıqlı əlaqələrə son qoya bilər.