8 Avqust 16:45
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələrinin Kursk yaxınlığındakı Baş Raket və Artilleriya İdarəsinin bazasına edilən hücumun nəticələrinin peyk görüntüləri ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, iyulun 31-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Kursk ətrafında artilleriya anbarını vurduğunu xatırladan “Radio Svoboda” müvafiq fotoları dərc edib.

Şəkillərdə Ukraynanın zərbəsi nəticəsində zədələnmiş anqarlar əks olunub. Bundan əlavə, Ukrayna ordusu Kurskdakı Qalino hava bazası yaxınlığında yerləşən aviasiya silahları anbarına zərbələr endirib.

“Versiyalardan birinə görə, zərbə dronlarla yox, modifikasiya olunmuş “Neptun” gəmi əleyhinə raketlərlə həyata keçirilib. Hücum Ukraynanın Kursk bölgəsinə hücumundan bir həftə əvvəl baş verib”, - radio bildirir.

Avqustun 6-da hücuma keçən Ukrayna quru qoşunları Kursk vilayətinə daxil olub, hazırda Rusiya bölgəsində döyüşlərin davam etdiyi bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər