9 Avqust 21:17
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarka İsveçlə sərhədə nəzarəti gücləndirir.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Piter Hummelqara deyib.

Onun sözlərinə görə, Danimarka hökuməti İsveçlə sərhədə, xüsusən də, iki ölkəni birləşdirən Öresund körpüsündə nəzarəti gücləndirir. “Vəziyyət ciddidir” deyən nazir əlavə edib ki, körpüdən keçən qatarlarda sərnişin nəzarəti həyata keçiriləcək, bundan əlavə, sərhəddə tanınma kameraları ilə analitik iş gücləndiriləcək.

Qərar üç isveçli yeniyetmənin ötən həftə Danimarkada odlu silahla törətdikləri cinayətlərdən sonra verilib. Yaxlanan gənclər mütəşəkkil cinayətkar qrupla əlaqəli olublar.


Müəllif: Arzu

Oxşar xəbərlər