Dubay dövlət qulluqçuları üçün dörd günlük iş həftəsi rejimini sınaqdan keçirəcək.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hökumətinin mətbuat xidməti məlumat yayıb.
Dubay Hökumətinin İnsan Resurslarının İdarə Edilməsi Departamenti avqustun 12-dən sentyabrın 30-dək davam edəcək dörd günlük iş rejimi sınağı üçün 15 dövlət qurumu seçib.
Bu qurumların işçiləri həftədə dörd gün, gündə isə yeddi saat işləməklə tam maaş alacaqlar.