Məşhur idman ustası və ictimai xadim, Rusiya prezidenti Vladimir Putinin Şimali Qafqaz regionunun problemləri üzrə keçmiş müşaviri Aslambek Aslaxanov vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a Ümumrusiya Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev məlumat verib.
"Əfsanəmiz getdi, bu səhər öldü. O, bütün həyatını vətənə həsr etmişdi. Həm həyatda, həm də idmanda həmişə haqsızlığa mübarizə aparıb. O, sambonun olimpiya idman növünə çevrilməsi üçün çox iş görüb”, deyə Yeliseyev bildirib.
Aslaxanovun 82 yaşı var idi. O, sambo üzrə əməkdar idman ustası, güləş və cüdo üzrə SSRİ idman ustası, professor, hüquq elmləri doktoru idi. Aslaxanov mükafatı uğrunda sambo turniri Dünya Kubokunun mərhələlərindən biri olub.