İranın strateji məsələlər üzrə vitse-prezidenti təyin edilən İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa verib.
Teleqraf.com xəbər verir ki, o bu barədə “X” hesabında paylaşım edib.
Cavad Zərif Prezident Məsud Pezeşkianın kadr seçimlərinə etiraz olaraq istefa verdiyini bildirib.
Zərif istefa verdiyi üçün İran xalqından üzr istəyib.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian Cavad Zərifi avqustun 1-də strateji məsələlər üzrə vitse-prezident təyin etmişdi.