Rusiya ordusu Kursk vilayətində Ukraynanın işğalını dəf edə bilmir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times”in məqaləsində deyilir.
Nəşr yazır ki, avqustun 6-da əməliyyat başlayandan Ukrayna Silahlı Qüvvələri Rusiyanın 30 km dərinliyinə qədər irəliləyib. Xüsusilə də qoşunlar Rusiya sərhədindən çox da uzaq olmayan Kursk vilayətinin Suca şəhərini ələ keçiriblər.
Rusiyanın müdafiəyə əlavə qüvvələr cəlb etməsinə baxmayaraq, Ukrayna ordusu bölgədə üstünlüyə malikdir.