2018-ci ildən Almaniya iqtisadiyyatında durğunluq yaşanır.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniyanın vitse-kansleri, İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek Funke müsahibəsində deyib.
Onun sözlərinə görə, durğunluq gözlənildiyindən daha uzunmüddətli olub: "Almaniyanın özəl və dövlət investisiyalarına daha çox ehtiyacı var. Böhranın əsl səbəbi ixtisaslı işçi qüvvəsinin çatışmazlığıdır'.