Polşa Ukrayna Silahlı Qüvvələrinin 23 min hərbi qulluqçusuna təlim keçib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Kiyevdə ölkə prezidenti Anjey Duda Ukrayna Prezidenti Vladimir Zelenski və Litvanın Baş naziri İnqrida Simonyte ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Varşava Kiyevə hərbi dəstəyini davam etdirəcək, həmçinin Ukraynanın Aİ və NATO-ya daxil olmasını təşviq edəcək.
Mayın sonunda Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirmişdi ki, Ukrayna hərbçilərinin üçdə biri bu sahədə təlim keçib. Sentyabra qədər Aİ Ukrayna Silahlı Qüvvələrinin 60 min əsgərinə təlim keçmək niyyətindədir.