1 Sentyabr 00:02
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova prezidenti Maya Sandu və Rumıniya lideri Klaus İohannisin Kişinyovda marşrutu şəhər küçələrində keçirilən aksiyaya görə dəyişmək məcburiyyətində qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, aksiyaçılar Moldova hökmdarı Böyük Stefanın abidəsi önünə toplaşıblar. Buna görə də Moldova Prezidentinin Protokol Xidməti Sandu və İohannisin marşrutunu ləğv edib. Liderlər əvvəlcədən nəzərdə tutduqları kimi Böyük Stefanın abidəsi önünə gül dəstələri qoya bilməyib.


Müəllif: Arzu

Oxşar xəbərlər