3 Sentyabr 20:45
1 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qüvvələri Pokrovska (Donetsk vilayəti) çata biləcək, amma bu o demək deyil ki, şəhəri öz nəzarətləri altına alacaqlar.

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın “Aydar” batalyonunun keçmiş komandiri, hərbi analitik Yevgeni Dıki deyib.

Keçmiş zabit Pokrovskun qala şəhərinə çevriləcəyini proqnozlaşdırır. Dıkinin sözlərinə görə, ruslar hazırda Pokrovska doğru irəliləyirlər, onları dayandırmaq çox çətindir.

“Təəssüf ki, düşmən Pokrovska yaxınlaşır. Pokrovska çatacaqlarına dair dair pessimist proqnozları bölüşürəm. Qorxuram ki, bu 1-2 həftəlik məsələdir. Ancaq Pokrovsku ala biləcəklərini düşünmürəm. Xatırladım ki, düşmən Pokrovskdan bir neçə dəfə kiçik olan Çasiv Yara 4.5 ay əvvəl çatıb. Amma bu 4.5 ay ərzində Çasiv Yara daxil ola bilməyib. Bir neçə həftədən bir bir addım irəli gedir”, - hərbi analitik vurğulayıb.

Dıki əlavə edib ki, Ukrayna ordusu Pokrovsku sona qədər müdafiə etməli, döyüşdən qaçmamalıdır.

O xatırladıb ki, ruslar ərazisinə görə Pokrovskla müqayisə olunan Baxmut şəhərini 10 aya ələ keçiriblər, kiçik Avdiv isə 4 aya götürülüb.

“Buna görə də, Pokrovsk uğrunda döyüşlərdən qaça bilmərik, bu səbəbdən də mülki əhali şəhərdən çıxarılmalıdır. Bu, Pokrovskun təslim olacağı anlamına gəlmir. Təəssüf ki, Pokrovsk yeni qala şəhəri olacaq. Amma bu qala şəhərini aylarla saxlamaq olar - yarım il də, bir il də çəkə bilər. Belə olmayacağına inanmağa heç bir əsasım yoxdur. Bəli, Pokrovska çatacaqlar, amma ilişib qalacaqlar, onları uzun müddət orada saxlmaq olar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər