3 Sentyabr 22:06
356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın qardaşı oğlu Fred Tramp Arlinqton qəbiristanlığı qalmaqalından sonra siyasətçini “Xaç atası” trilogiyasının personajı ilə müqayisə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.

Fred Tramp əmisinin ordu ilə bağlı fikirlərini “Xaç atası II”nin sonunda qəhramanların Pearl Haborda ABŞ hərbi dəniz bazasının bombalanmasını müzakirə etdiyi səhnə ilə müqayisə edib. Bu səhnədə Sonni Korleone yadlara görə həyatlarını riskə atan hərbiçiləri zəif adlandırır, Maykl Korleone isə dəniz piyadalarına qoşulduğunu etiraf edir.

Keçmiş ABŞ prezidentinin qardaşı oğlu bu səhnəni təsvir edərək deyib ki, Tramp döyüşdən qayıtmayan hərbçiləri və ya özündən aşağı gördüyü şəxsləri “uğursuz” hesab edir.

Xatırladaq ki, daha öncə Trampın seçki kampaniyasının iki əməkdaşı Arlinqton Hərbi Qəbiristanlığının işçisini ərazidə çəkiliş etməyə mane olduğuna görə itələyiblər.


Müəllif: Arzu

Oxşar xəbərlər