6 Sentyabr 11:26
4 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrov 2022-ci ilin martında Antalyada o vaxtkı ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşünün Türkiyənin xahişi ilə baş tutduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə RBC-yə müsahibəsində danışıb.

“Türkiyə Xarici İşlər Nazirliyinin o zamankı rəhbəri Mövlud Çavuşoğlu mənə zəng edərək gəlməyimi xahiş elədi çünki Ukrayna tərəfi, xüsusən də Kuleba özü mənimlə görüşmək fikrini türklərə çatdırmışdı”, - Lavrov deyib.

Onun iddiasına görə, Çavuşoğlu onu inandırıb ki, bu, çox ciddidir, Kulebanın Lavrova deyəcəkləri var. Lavrov qeyd edib ki, buna baxmayaraq, Kuleba Rusiyanın savaş başlamazdan əvvəl eşitdiyi tezisləri təkrarlamaqla kifayətlənib.

Danışıqlardan sonra Lavrov Çavuşoğludan bunun Kulebanın çatdırmaq istədiyi mesaj olub-olmadığını soruşub, Rusiya xarici işlər nazirinin sözlərinə görə, Türkiyə naziri də bundan təəccüblənib.

Kulebanın özü sonralar söyləmişdi ki, Lavrovla söhbət çətin keçib, müzakirələri 1.5 saat davam edib. Ukraynalı keçmiş nazir bildirmişdi ki, Kiyev münaqişənin diplomatik həllinə hazırdır, amma hələlik belə bir gəlişmə yoxdur. Kuleba Ukraynanın Rusiyanın irəli sürdüyü tələbləri yerinə yetirmək niyyətində olmadığını da vurğulamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər