“Ukrayna münaqişəsinin həlli üçün Rusiya ilə dialoq qurmaq lazımdır”.
Teleqraf.com xəbər verir ki, bu sözləri səlahiyyət müddəti başa çatan NATO-nun Baş katibi Yens Stoltenqberq deyib.
Baş katib bildirib ki, bu gün danışıqlar üçün imkanlar 2014-cü illə müqayisədə xeyli azdır: "Rusiya tərəfi ilə əlaqə müdafiə və təcrid xətti ilə qurulmalıdır".