ABŞ höküməti bu həftə Ukraynaya 8 milyard dollardan çox hərbi yardım elan etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, prezident Co Bayden administrasiyası onun Kiyevə 5,6 milyard dollar köçürməsinə icazə vermək üçün Konqreslə təcili danışıqlar aparır. Danışıqların bu qədər təcili aparılmasına səbəb isə ABŞ-da federal maliyyə ilinin sentyabrın 30-da başa çatması ilə bağlıdır.
Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü proqramı çərçivəsində isə daha 2,4 milyard dolların ayrılması planlaşdırılır. Bu təşəbbüs Vaşinqtona Kiyev üçün silahları ABŞ-ın silah anbarından çıxarmaq əvəzinə şirkətlərdən almağa imkan verir.