İsrail Hərbi Hava Qüvvələri Beyrutda "Hizbullah"ın kəşfiyyat qərargahına hava zərbəsi endirib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti Teleqramda məlumat yayıb.
“Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları İsrail ordusunun verdiyi kəşfiyyat məlumatları əsasında Beyrutdakı "Hizbullah"ın kəşfiyyat qərargahına hücum edib”, - məlumatda deyilir.