İran Yaxın Şərqdə münaqişənin kəskinləşməsi səbəbindən çıxılmaz vəziyyətdədir.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinin keçmiş komandanı general Frenk Makkenzi "Politico"ya deyib.
Generalın sözlərinə görə, Tehran bir neçə gün əvvəl İsrailə o qədər də uğurlu olmayan raket hücumundan sonra küncə sıxışıb:
“İranın regiondakı əsas müttəfiqi “Hizbullah”ın başı kəsilib və hücum imkanları ciddi şəkildə məhdudlaşdırılıb. İndi “Hizbullah”ın imkanları çox məhduddur. Deməli, arxa planda (İsrailin hədəfində) İran var.
Makkenzinin fikrincə, İsrailin hadisələrin gələcək inkişafı üçün çoxlu variantları var:
“Ali rəhbərin (Əli Xameneyi) özünü hədəfə almaq baxımından durumu çox gərginləşəcək bir variant seçə bilərlər. Həmçinin nüvə obyektləri, neft infrastrukturu və hərbi kəşfiyyat hədəflərinin vurulması da mümkündür. Yəni seçimləri çoxdur”.