10 Oktyabr 13:33
3 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Baş naziri İrakli Kobaxidze Avropa Parlamentinin hakim “Gürcü Arzusu” Partiyasına qarşı qəbul etdiyi qətnaməni ədalətsiz adlandırıb.

Teleqraf.com xəbər verir ki, baş nazir bu sənədin heç bir təsirinin olmayacağını deyib.

“Bu qətnamənin ədalətsizliyi açıq şəkildə görünür. Söhbət yenə “Gürcü Arzusu”nun nümayəndələrinin cəzalandırılması və “Milli Hərəkat”a (keçmiş prezident Mixail Saakaşvilinin partiyası) himayədarlıqdan gedir. Bu, qətnamədə keçən əsas qırmızı xətdir. Əlbəttə, bu ədalətsiz sənəd də əvvəlki üç qətnamə kimi bir qəpiyə dəyməz. Bu da həmin üç qətnamə kimi təsirsiz olacaq”, - Kobaxidze bildirib.

Onun sözlərinə görə, qətnamənin arxasında Gürcüstanda Rusiya ilə qarşıdurmanın ikinci cəbhəsini açmaq istəyən qüvvələr dayanır. Kobaxidzenin qeyd edib ki, bu qətnaməni xüsusilə Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkiləri öncəsi seçicilərə təsir etmək niyyəti ilə qəbul ediblər.

Oktyabrın 9-da Avropa Parlamenti Avropa Birliyinin Gürcüstana ayırdığı maliyyənin dondurulması və hakim partiyanın qurucusu Bidzina İvanişvili də daxil olmaqla, bir sıra rəsmilərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnaməni dəstəkləyib. Sənəddə Gürcüstanın “Xarici agentlər haqqında” qanunu və bu ölkədə LGBT təbliğatına qadağa qoyulması da tənqid edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər