11 Oktyabr 01:10
2 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa Almaniyanın Şengen zonasının xarici sərhədlərində nəzarət tətbiq etməsinə cavab hazırlayır.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Radoslav Sikorski məlumat verib.

Onun fikrincə, belə bir qərar Şengen zonasının mənasını sual altına qoyur.

“Bu, bizim razılaşmadığımız qərardır. Biz hələ də buna necə cavab verəcəyimizi düşünürük”, – Polşa Xarici İşlər Nazirliyinin rəhbəri deyib.

Sikorskinin fikrincə, Berlinin hərəkətləri səhvdir. Nazir qeyd edib ki, Polşa və Almaniyaya miqrant axınının tənzimlənməsi üçün əsas yer Şengen zonasının xarici sərhədidir.


Müəllif: Arzu

Oxşar xəbərlər