NATO üzvləri Qərbin Ukraynaya hərbi dəstəyini zəiflətmək məqsədilə Rusiya Prezidenti Vladimir Putinin nüvə hədələrindən qorxmamalıdır.
Teleqraf.com xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte deyib.
Onun sözlərinə görə, alyansın gələn həftə başlayacaq nüvə təlimləri belə təhdidlərə cavab verməyə hazır olduğunu göstərəcək.
"NATO güclüdür. İstənilən düşmənlə qarşılaşa bilərik. NATO-nun təhlükəsizliyini təmin etmək və istənilən təhlükə ilə üzləşmək üçün lazım olan hər şey var. Bizi təhdid etməyə çalışan qeyri-NATO ölkələri bizi heç vaxt qorxutmayacaq. Bu faydasızdır, o (Putin) bunu dayandırsa yaxşı olar", - Rutte vurğulayıb.
Rusiya bundan öncə nüvə doktrinasına dəyişiklik etdiyini açıqlamışdı.